Türkiyədə parkda qəza baş verdi - Yaralılar var

turkiyede-parkda-qeza-bas-verdi
Oxunma sayı: 1840

Türkiyənin Giresun şəhərindəki əyləncə parkında qatarın relsdən çıxması nəticəsində qəza baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzada biri ağır olmaqla 4 nəfər yaralanıb.

Yaralanan şəxslər şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Bildirilib ki, qəzaya görə əyləncə fəaliyyəti dayandırılan parkla bağlı prokurorluq tərəfindən araşdırma başlanıb.