İstanbulun Sancaqtəpə rayonunda partlayış baş verib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hərbi obyektlərdən birinin yaxınlığında bombalı avtomobil partladılıb.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər