Türkiyədə partlayışdan sonra kimyəvi zəhərlənmə

turkiyede-partlayisdan-sonra-kimyevi-zeherlenme
Oxunma sayı: 852

Türkiyədə partlayış kimyəvi zəhərlənməyə səbəb olub. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu səhər Tekirdağ bölgəsində bir tekstil fabrikində partlayış olub. Nəticədə 40 fəhlə kimyəvi zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. 

Partlayışdan sonra kimyəvi həyəcan siqnalı verilib. Ərtafa yayılan qaza, qoxuya görə ərazdəki bir çox zavod işçilərini evə göndərib. Həyəcan təbili çalan Çerkezköy Mütəşəkkil Sənaye Rayon İdarəsi işçilərə mesaj yollayaraq zəhərlənməyə qarşı xəbərdarlıq edib. İsmarıcda “Dəyərli işçilərimiz, gecə növbəsindən çıxan işçilərimiz iş paltarlarını və digər əşyaları ayrı yusunlar. Kimyəvi maddənin təsiri ilə bağlı dəqiq məlumat əldə edilənə qədər südəmər körpəsi olan işçilərin uşaqlarına süd verməməsi tövsiyə edilir”,-sözləri yazılıb. 

Aysel Kərimova