Türkiyədə PCR testi ilə bağlı dünən ləğv edilən qayda yenidən qüvvəyə mindi

turkiyede-pcr-testi-ile-bagli-dunen-legv-edilen-qayda-yeniden-quvveye-mindi
Oxunma sayı: 2800

Türkiyədə PCR testi ilə bağlı dünən ləğv edilən qayda bu gün yenidən qüvvəyə minib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin valiliklərə göndərdiyi yeni təlimata əsasən, təyyarə ilə şəhərlərarası səyahət zamanı peyvənd olunmayan, vaksinasiya prosesini tamamlamayan və son 180 gün ərzində virusa yoluxmayan şəxslərdən PCR testi tələb olunacaq. 

Konsert, kino və teatr zallarında, məktəblərdə çalışanlara, dövlət və özəl sektorda işləyənlərə, tələbə-şagird düşərgələrinə qatılacaq iştirakçılara PCR testi tələbi qoyulmayacaq.

Həmçinin oxuyun: Türkiyədə PCR testi tələbi ləğv edildi