Türkiyədə PKK-çılarla atışma - 2 şəhid, 3 yaralı

turkiyede-pkk-cilarla-atisma
Oxunma sayı: 1202

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 əsgər şəhid olub, 3 əsgər yaralanıb. 

Əməliyyat zamanı 1 terrorçu zərərsizləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.