Türkiyədə “PKK əməliyyatı”nı elan edən şəxsə qarşı araşdırma başladı - Video

turkiyede-pkk-emeliyyatini-elan-eden-sexse-qarsi-arasdirma-basladi
Oxunma sayı: 1669

Türkiyənin Qaziantep şəhərində məscidlərdən birində “PKK əməliyyatı” ilə bağlı elan verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Son dakika” məlumat yayıb.

Bildirilib ki, elanda “Türkiyə ordusu yaxın zamanda PKK-ya qarşı əməliyyat keçirəcək. Heç kim qorxmasın. Hamı evdə qalsın, diqqətli və tədbirli olsun” səsləndirilib. Görüntülər qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.

Görüntülərlə bağlı Qaziantep bələdiyyə sədri Davud Gül bildirib ki, həmin məsciddə məsuliyyət daşıyan dövlət məmurlarına qarşı araşdırma başlayıb.