Türkiyədə PKK-ya qarşı əməliyyat - Yaralananlar var

turkiyede-pkk-ya-qarsi-emeliyyat
Oxunma sayı: 756

Türkiyənin Siirt əyalətində PKK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Helikopterlərin də iştirak etdiyi əməliyyat zamanı terrorçuların açdığı atəş nəticəsində bir çavuş və bir mühafizəçi yaralanıb. Yaralılar Siirt dövlət xəstəxanasına yerləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.