Türkiyədə polis idarəsinə bombalı hücum - Ölən və yaralananlar var

turkiyede-polis-idaresine-bombali-hucum
Oxunma sayı: 1969

Türkiyədə növbəti terror hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, Mardinin Midyat qəsəbəsində yerləşən polis idarəsinə bomba yüklənmiş avtomobillə hücum edilib. Çoxlu sayda yaralının olduğu bildirilir. 

Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib. Partlayış nəticəsində 1 polis, 2 mülki vətəndaş həlak olub. Yaralıların sayı 30-u keçib.