Türkiyədə polis şöbəsinə silahlı basqın, ölən var - Video + Yenilənib

Türkiyədə polis şöbəsinə silahlı basqın, ölən var
Oxunma sayı: 4274

02:00

Türkiyənin Mersin şəhərində silahlı şəxslər polis şöbəsinə hücum edib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, silahlılarla polislər arasında baş verən atışma nəticəsində biri ağır olmaqla iki polis əməkdaşı yaralanıb. Hücumun ardınca isə polis şöbəsinin yaxınlığına qoyulan bomba partladılıb.

Hadisədən dərhal sonra əməliyyat keçirən polis bir silahlını şübhəli şəxs qismində saxlayıb.

***

09:26

“Demirören” agentliyinin məlumatına görə, yaralı polislərdən biri dünyasını dəyişib. Hazırda polis hücumda iştirak edən digər şəxslərin axtarışını davam etdirir.