Türkiyədə polisə hücum - 2 ölü, 4 yaralı

turkiyede-polise-hucum-
Oxunma sayı: 1080

Türkiyənin Şirnak vilayətində polislərə hücum edilib.

“Qafqazinfo”nun oxu.az-a istinadən məlumatına görə, polislərin olduğu zirehli maşın PKK silahlıları tərəfindən qumbaraatanlardan atəşə tutulub.

Hücum nəticəsində 2 polis şəhid olub, daha 10-u yaralanıb.

Hal-hazırda bölgədə hücum edənlərin məhv edilməsi üçün xüsusi əməliyyat keçirilir.