Türkiyənin Trabzon əyalətində polisə hücum təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, hadisə yerli vaxtla 08.45-də baş verib. Məlumata görə, Maçka bölgəsində yol təhlükəsizliyini təmin edən polisə meşədən atəş açılıb. Bildirilir ki, atəş nəticəsində yaralananlar var. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Son xəbərlər
Son Xəbərlər