Türkiyənin Bingöl şəhərində PKK terrorçuları tərəfindən öncədən yola yerləşdirilmiş bomba özəl hərəkat polislərini daşıyan hərbi avtomobil keçərkən partlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində özəl hərəkat polisləri yaralanıb. Onlar xəstəxanaya aparılıblar.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım maşınları cəlb olunub.
***
PKK-nın təxribatı nəticəsində 5 polis şəhid olub, 4 polis yaralanıb.




Son xəbərlər
Son Xəbərlər