Türkiyədə polislərə qarşı terror

turkiyede-polislere-qarsi-terror
Oxunma sayı: 653

Türkiyədə polislərə bombalı hücum olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, olay  yerli vaxtla 07.30-da Mərsin şəhərində baş verib. Belə ki, Tecə qovşağında vəzifə başında olan polislərin maşınına digər avtomobildən partlayıcı maddə atılıb.

Hər iki polis yaralanıb.  Hücumu törədən şəxsin axtarışı üçün geniş miqyaslı əməliyyat başlayıb. Bomba məhvetmə dəstəsinin apardığı araşdırmanın ilkin nəticələrinə görə, naməlum şəxs əldəqayırma bombadan istifadə edilib.

Aysel Kərimova