Türkiyədə prezident seçkiləri bu tarixdə keçirilə bilər

turkiyede-prezident-seckileri-bu-tarixde-kecirile-biler
Oxunma sayı: 2240

Türkiyədə prezident seçkiləri mayın 14-ü keçirilə bilər.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən iclasında açıqlayıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il iyunun 18-də keçirilməli idi. Ərdoğan daha əvvəlki açıqlamalarında seçkinin tarixinin önə çəkilə biləcəyini bildirib.