Türkiyədə prezident və deputatlığa namizədlərə ayrılan vəsait açıqlanıb

turkiyede-prezident-ve-deputatliga-namizedlere-ayrilan-vesait-aciqlanib
Oxunma sayı: 1955

Türkiyədə prezident və deputatlığa namizəd üçün verilən maliyyə vəsaiti məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener məlumat verib.

O bildirib ki, prezidentliyə namizəd üçün 555 980 lirə (50 000 AZN ) və müstəqil deputatlığa namizəd üçün 55 598 lirə ( 5 000 manat) maliyyə vəsaiti ayrılıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.