Türkiyədə prokuror vəkili belə xilas etdi - Video

turkiyede-prokuror-vekili-bele-xilas-etdi
Oxunma sayı: 3608

Türkiyədə Bursa Orhanqazi ədliyyəsində təyinat dəyişikliyi ilə bağlı vida mərasimi təşkil olunarkən xoşagəlməz hadisə yaşanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə vəkil Güner Elçin yemək yediyi zaman nəfəs borusu tıxanıb və qəfildən halı pisləşib. 

Bu zaman Orhanqazi respublika baş prokuroru Enis Tekgül Güner Elçinin köməyinə gəlib. E. Tükgül vəkilə kömək edərək onu ölümdən xilas edib.

Həmin görüntüləri təqdim edirik: