“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə saat 17:00 dan etibarən səs vermə başa çatıb.
Qeyd edək ki, Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfər (26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri kişi) təşkil edir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.
Səsvermənin nəticələrinə əsasən bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları seçiləcək.
Bu seçkiyə Türkiyədə fəaliyyət göstərən 26 siyasi partiya qatılıb. Atılan püşklərə əsasən həmin partiyaların seçki bülletenlərdəki ardıcıllığı aşağıdakı kimidir:
1. Azad Dava Partiyası
2. Demokratik Sol Partiyası
3. Alternativ Partiya
4. Doğru Yol Partiyası
5. İctimai Uzlaşma İslahat və İnkişaf Partiyası
6. Azadlıq Partiyası
7. Türkiyə Kommunist Partiyası
8. Gənc Partiya
9. Böyük Birlik Partiyası
10. Ədalət və İnkişaf Partiyası
11. Mühafizəkar Yüksəliş Partiyası
12. Yurd Partiyası
13. Demokratik Partiya
14. Əmək Partiyası
15. Azadlıq və Həmrəylik Partiyası
16. Millət Partiyası
17. Səadət Partiyası
18. Xalq və Azadlıq Partiyası
19. Liberal Demokratik Partiya
20. Sülh və Demokratiya Partiyası
21. Müstəqil Türkiyə Partiyası
22. İşçi Partiyası
23. Xalqların Demokratik Partiyası
24. Respublika Xalq Partiyası
25. Haqq və Bərabərlik Partiyası
26. Milliyyətçi Hərəkət Partiyası.
Seçkinin rəsmi nəticələri yerli vaxtla saat 21:00-dan açıqlanmağa başlanacaq.
Son xəbərlər
Son Xəbərlər