Türkiyədə qar insan boyunu ötüb - Fotolar

turkiyede-qar-insan-boyunu-otub
Oxunma sayı: 3298

Türkiyənin Ordu vilayətində yağan güclü qardan sonra maraqlı görüntülər yaranıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bəzi yerlərdə qarın hündürlüyü insan boyundan da hündürdür.

Belə ki, Akkuş rayonundan olan bir vətəndaş boyundan hündür qarın içərisinə girib. Fotoda təkcə əlləri görünən kişinin görüntüsü sosial şəbəkələrdə diqqət çəkib.

Xüsusilə şəhərin yuxarı hissələrində fasilələrlə davam edən qar həyatı iflic edib.

Qarın qalınlığı orta hesabla 82 santimetr olaraq ölçülsə də, bəzi çox yüksəklikdə olan məhəllələrdə iki metrə çatıb.

Akkuş rayonunda 1450 hündürlükdə Kertil gəzinti sahəsində qarın insan hündürlüyünü aşdığı görünür.