Türkiyədə qar uçqunu, ölənlər var - Fotolar

turkiyede-qar-ucqunu-olenler-var
Oxunma sayı: 1720

Türkiyənin Ərzurum vilayətinin Xorasan rayonunun Çayanyurdu obasında qar uçqunu olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, nəticədə, iki nəfər uçqun altında qalaraq ölüb.

Hadisə obanın anbarında suyun azalması nəticəsində vətəndaşların su ehtiyatını artırmaq təşəbbüsü zamanı baş verib.

Belə ki, oba sakinləri olan iki qohum Abdullah və Cüneyt Aktaş anbara su gəlməsini təmin edən mənbəni yoxlayarkən, qar kütləsi onların üstünə düşüb. Bölgəyə AFAD briqadaları cəlb olunub.