Türkiyədə qar uçqunu xəbərdarlığı

turkiyede-qar-ucqunu-xeberdarligi
Oxunma sayı: 2453

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin şərqində qar uçqunu gözlədiyini bildirib.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, Meteorologiya Baş İdarəsi Türkiyənin şərqində yerləşən 14 əyalət üçün uçqun təhlükəsinə qarşı “sarı” kodla xəbərdarlıq edib.

Uçqun riskli vilayətlər bunlardır: Ağrı, Rize, Giresun, Trabzon, Şırnak, İğdır, Artvin, Bitlis, Ərzurum, Hakkari, Qars, Muş, Van, Ərdahan.