Türkiyədə qara görə köməksiz qalan hərbçilər xilas edildi - Yenilənib

turkiyede-qara-gore-komeksiz-qalan-herbciler-xilas-edildi
Oxunma sayı: 1802

Türkiyənin Balıkesir şəhərində Kazdağı Milli Parkında güclü qar səbəbindən 17 hərbçi və 4 bələdiyyə işçisi köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən şəxslərlə bağlı xilasetmə əməliyyatına başlanılıb.

Bildirilir ki, hərbi personalı daşıyan 3 maşınla yolu qardan təmizləməyə çalışan Balıkesir Böyükşəhər Bələdiyyəsinin əməkdaşları yolda qalıb.

Balıkesir valisi Hasan Şıldakın sözlərinə görə, qara görə köməksiz qalan hərbçilər və bələdiyyə işçiləri ilə tez-tez telefonla əlaqə saxlanılır.

***

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, güclü qar səbəbindən Kazdağı Milli Parkında köməksiz qalan hərbçilər və bələdiyyə işçiləri xilas edilib.