Türkiyədə qatar partladıldı- - 3 yaralı

turkiyede-qatar-partladildi-
Oxunma sayı: 711


“Qafqazinfo” Türkiyə KİV-nə istinadın xəbər verir ki, Elazığ-Tatvan dəmiryolu istiqamətində hərəkət edən yük qatarı partladılıb. 

PKK mənsubları dəmiryol keçidinə bomba yerləşdirib. Qatar hərəkəti zamanı bomba işə düşüb. 

Partlayış zamanı 5 vaqon yararsız hala düşüb, 3 nəfər ağır xəsarət alıb. 

Yaralıların Engin Dağoğlu, Kazım Çakar və Metin Kaya olduğu açıqlanıb. 

Xəsarət alanlar Muş Dövlət Xəstəxanasına aparılıb.

“Qafqazinfo”