Türkiyədə qəza - 2 ölü, 20 yaralı

turkiyede-qeza
Oxunma sayı: 803

Türkiyənin Denizli şəhərinin Çardak rayonunda sərnişin avtobusu yoldan çıxaraq dərədən yuvarlanıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, hadisə nəticəsində sürücü və sərnişin olmaqla 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb. 

Hadisə yerinə çoxlu polis, təcili tibbi yardım briqadaları cəlb edilib. 

Ölü sayının artacağı istisna edilmir.