İki il öncə Türkiyənin Çorum şəhərində təcili yardım maşınına çırpılan TIR” markalı yük avtomobilinin azərbaycanlı sürücüsünə hökm oxunub.
“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, məhkəmə Gülman B. adlı Azərbaycan vətəndaşını 3 il 9 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, qəza 2017-ci ilin dekabrında Çorum-Ankara yolunda baş verib. Hadisə nəticəsində 1 tibb işçisi ölüb, sürücü və daha iki tibb işçisi xəsarət alıb.
İnsidentdən sonra Gülman B. saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər