Türkiyədə qızıl mədəninin işçiləri qəzaya düşdü - 4 ölü, 8 yaralı

turkiyede-qizil-medeninin-iscileri-qezaya-dusdu
Oxunma sayı: 827

Türkiyənin İzmir şəhərində qızıl mədəninə işçiləri aparan xidməti avtomobillə yük avtomobili toqquşub.

“Qafqazinfo”nun “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Hadisə saat 09:30 radələrində Bergama-Ayvlık magistral yolunun Kozak mahalına bağlı Yüksekbey bölgəsində qeydə alınıb.

Yaralı şəxslər xəstəxanalara yerləşdiriblər.