Türkiyə Rusiyanın “Sputnik” xəbər agentliyinin saytına girişi qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, qərar birbaşa Telekommunikasiya Rabitə Rəhbərliyi tərəfindən qəbul edilib və tətbiq olunub. Sayta girişin qadağan edilməsinə səbəb kimi texniki araşdırma və hüquqi qiymətləndirmə göstərilir.
Bildirək ki, sayt tez-tez Türkiyə əleyhinə məlumatlar yayımlayırdı.
Qeyd edək ki, Türkiyə və Rusiya arasındakı münasibətlər rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra pozulub.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər