Türkiyədə şagird 11 sinif yoldaşını zəhərlədi

turkiyede-sagird-11-sinif-yoldasini-zeherledi
Oxunma sayı: 992

Türkiyənin Qaziantep şəhərinin Şəhid Kamil qəsəbəsindəki Mahmud Humayın Özhalvaçı adlı məktəbdə kütləvi zəhərlənmə olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, şagirdlərdən biri iki sinif yoldaşının su qabına gil maddəsi töküb.

Həmin qablardan su içən 11 şagird isə zəhərlənib. Şagirdlər dərhal xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.