Malatya şəhərinin Pütürge qəsəbəsində sandıq başında silahlı dava olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nəticədə 2 nəfər müşahidəçi öldürülüb, 1 nəfər yaralanıb. Cinayət səsvermə zamanı iki qrup arasında yaranan mübahisə zamanı törədilib. Ölənlər Həsən Aktaş və İlyas Aktaşdır. Atəş açan şəxs tutulub.
Ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib.
***
Malatya valiliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər