Türkiyədə saxta içkidən kütləvi zəhərlənmə - 5 nəfər öldü

turkiyede-saxta-ickiden-kutlevi-zeherlenme
Oxunma sayı: 1166

Türkiyənin Mərsin şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, zəhərlənən 21 nəfərdən 5-i dünyasını dəyişib. Xəstəxanalara yerləşdirilən şəxslərə metanol zəhərlənməsi diaqnozu qoyulub.

Hadisə ilə əlaqədar 4 nəfər saxlanılsa da, daha sonra onlar sərbəst buraxılıb.