Türkiyədə “saxta seçici” əməliyyatı...

turkiyede-saxta-secici-emeliyyati
Oxunma sayı: 1669

İstanbulda bələdiyyə rəhbərliyi seçkilərindən sonra səsləndirilən qalmaqallı fikirlərdən biri də Böyükçəkməcə rayonu ilə bağlı olub. Belə ki, AKP-nin iddiasına görə,  seçkilərdən öncə 11 min 186 seçicinin yaşayış yerinin qeydiyyatı Böyükçəkməcə bələdiyyəsinə köçürülüb. 

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu iddiadan sonra Böyükçəkməcə rayon Polis Şöbəsinin əməkdaşları müəyyən edilmiş ünvanlara basqın təşkil edib.