Türkiyədə seçki aksiyası- - Polis bibər qazı ilə müdaxilə edir

turkiyede-secki-aksiyasi-
Oxunma sayı: 1442


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Yalovada baş tutan bələdiyyə seçkilərində  AKP-nin bir səs fərqi  ilə CHP-yə qalib gəlməsi əhalinin etirazına səbəb olub. Bu nəticəyə etirazını bildirən CHP-lilər Mərkəzi Seçki Komissyasının binasının qarşısında toplaşıblar. Onlar seçkinin saxtalaşdırıldığını iddia edərək yenidən seçki keçirilməsini tələb edib. Polis aksiya iştirakçılarına ərazini boşaltma əmri verməsinə baxmayaraq aksiyaçılar israrla seçkinin yenidən keçirilməsini tələb edib. Polis aksiyaçılara su şırnağı və bibər qazı ilə müdaxilə edərək yolun boşaldılmasını tələb edib. Bu zaman polislə CHP-lilər arasında qarşıdurma yaranıb.