Türkiyədə seçkilərdə saxtakarlıq edilib - Nazirdən açıqlama

turkiyede-seckilerde-saxtakarliq-edilib
Oxunma sayı: 1887

Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində saxtakarlıq faktı üzə çıxıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, İstanbulun Böyük Çəkməcə qəsəbəsində seçkidən öncə 350-dən çox seçicinin qeydiyyat yeri saxtalaşdırılaraq dəyişdirilib:

“Bunu hazırkı bələdiyyə sədrinin yaxınları edib. Onlar seçicilərin qeydiyyat yerlərini torpaq sahələrinə yazıblar. Ədalət və İnkişaf Partiyasının (AKP) müraciətindən sonra fakt ortaya çıxıb. Ortada cinayət əməli var. Hazırda araşdırmalar davam edir”.