Türkiyədə seçkilərə yanaşma “ənənəvi” xarakter alıb

turkiyede-seckilere-yanasma-enenevi-xarakter-alib
Oxunma sayı: 1267


“Qafqazinfo” xəbər verir ki, bunu Ümid Partiyasının sədr müavini Rüfət Muradlı partiyanın mətbuat xidmətinə deyib. “Amma siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanllının,o cümlədən mənim qardaş Türkiyə ilə bağlı xas bir təəssübüm var. Bu təəssübə mütənasib olaraq da umacaqlarımız vardır. Baxın, Türkiyə “genelində” seçkilərin sonucunda aparici partiyalar olan AKP 43,CHP 25, MHP 17 faiz səs qazanıb.. Nəzərə alaq ki, 2009 bələdiyyə seçkilərində AKP 39,CHP 23 MHP də 16 faiz səs toplamışdı. Yenə eyni seçmən( elektorat), eyni bölgələrin oxşar namizədləri və dəyişməyən seçki ab havası . Yəni aşağı yuxarı Türkiyə cəmiyyətində seçicilərin düşüncəsini heç nə dəyişə bilmir. Bir növ seçkilərə yanaşma tərzi artıq “ənənəvi” xarakter alıb. Hələ bəzi bölgələrdə də seçkilər əşirət ,tayfa rəqabəti səviyyəsində müşahidə olunmaqdadır. Yəni bizim qardaş Türkiyə üçün arzu etdiyimiz və əslində gözlədiyimiz demokratiya və seçki ənənəsi nə yazıq ki, hələ örnək ola biləcək səviyyədə deyil. Bu seçkilər bir daha Türkiyə cəmiyyətində siyasi dinamikliyin zəif olmasını göstərdi. Hər şeyə rəğmən bir daha Türkiyə toplumunu bu seçkilər münasibətilə təbrik edir və uğurlar diləyirəm”.