Türkiyədə seçkilərin rəsmi nəticəsi açıqlandı

turkiyede-seckilerin-resmi-neticesi-aciqlandi
Oxunma sayı: 2110

Türkiyə Ali Seçki Komissiyasının rəhbəri Sədi Güvən 24 iyunda keçirilən prezident və parlament seçkilərinin nəticələrini açıqlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yekun nəticəyə əsasən, “Cümhur” blokunun namizədi Rəcəb Tayyib Ərdoğan 26 milyon 330 min 823 səs (52,59 faiz) toplayıb.

“Millət” blokunun namizədi Məhərrəm İncə 30,64 faiz, HDP-dən Səlahəddin Dəmirtaş 8,40 faiz, İYİ partiyasından Meral Akşənər 7,29 faiz, Səadət partiyasından Təməl Qaramaollaoğlu 0,89 faiz, Vətən partiyasından Doğu Perinçek isə 0,20 faiz səs yığıb.

Parlament seçkilərinin yekun nəticəsi isə belədir:

AKP - 42,56 faiz (295 millət vəkili);

CHP - 22,65 faiz (146 millət vəkili);

HDP - 11,70 faiz (67 millət vəkili);

MHP - 11,10 faiz (49 millət vəkili);

İYİ - 9,96 faiz (43 millət vəkili).