Türkiyədə seçkilərin tarixi təsdiqləndi

turkiyede-seckilerin-tarixi-tesdiqlendi
Oxunma sayı: 3885

Türkiyənin Ali Seçki Şurası ölkədə prezident seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat hökumət qəzeti “Resmi Gazete”də qeyd olunub.

Qeyd edək ki, Prezident seçkilərinin ikinci turu keçiriləcəyi təqdirdə, bu, mayın 28-də baş tutacaq.