Türkiyədə şəhəri sel basdı - Fotolar

turkiyede-seheri-sel-basdi
Oxunma sayı: 1881

Türkiyənin Rizə şəhərində başlayan şiddətli yağış daşqınlara səbəb olub. Dərələrin daşması və sürüşmələr kənd sakinlərini çətin vəziyyətə salıb.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, güclü yağıntılar zamanı Muradiyə məhəlləsinın bələdiyyə binası da su altında qalıb. Çətinliklə üzləşən bələdiyyə sədri Musa Sürəyya Balçı sosial media hesabında “Allahım, kömək et, batırıq” yazıb. Onun bu paylaşımından sonra bölgəyə xilasetmə qüvvələri cəlb edilib.

Aysel Kərimova