Türkiyədə şəhidlərin və saxlanılanların sayı - Açıqlandı

turkiyede-sehidlerin-ve-saxlanilanlarin-sayi-
Oxunma sayı: 3989

İstanbul və Ankarada hərbi çevrilişə cəhd edənlər saxlanılmağa başlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, TBMM sədri İsmayıl Qəhrəman bu saata qədər 1374 nəfərin nəzarətə alındığını bildirib.

Qəhrəman saxlanılanlar arasında jandarm məktəblər komandiri general-mayor Sadiq Koroğlu, 3-cü ordu hərəkat qərargahının rəisi general-mayor Əkrəm Çağlar, Hataydakı piyada briqadasının komandiri və qarnizon komandiri general-mayor Həsən Polad və 58-ci topçu briqada komandiri general-mayor Murad Aygünün də olduğunu deyib. Məlumata görə, Ankarada TRT şəhərciyinə girərək yayına müdaxilə edən əsgərlərdən 9 nəfər nəzarətə götürülüb, və onlardan biri rütbəli şəxsdir.

Qeyd edilir ki, Safranbolu 125-ci jandarma istehkam qərargahı polkovnikı Sədad Arıcan və Kontradmiral Nejat Atilla Dəmirxan da saxlanılaraq Mersin polis idarəsinə aparılıb.

***

Son məlumata əsasən, şəhid olanları sayı 90-a çatıb. 1054 nəfər isə yaralanıb.

Aysel Kərimova