Türkiyənin Ordu rayonunda dünən gecədən yağan güclü leysan nəticəsində çaylar daşıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Pərşəmbə, Fatsa, Ünyə, İkizcə və Çaybaşı qəsəbələrində sel fəlakəti ciddi fəsadlara səbəb olub.
Qəsəbələrdə torpaq sürüşməsi meydana gəlib. Ünyə qəsəbəsində fındıq toplayan 5 nəfər yaralanıb. Fatsa qəsəbəsində təsərrüfat sahələrində çalışan 500 işçi xilasedicilər tərəfindən təxliyyə ediliblər.
Rayon ərazisində ümumilikdə 7 körpü dağılıb.
Hazırda fəsadların aradan qaldırılması və xilasetmə tədbirlərində 550 işçi və 300 texnika çalışır.






Son xəbərlər
Son Xəbərlər