Türkiyədə sel qurbanlarının sayı 5-ə çatdı - Fotolar + Yenilənib

turkiyede-sel-qurbanlarinin-sayi-5-e-catdi
Oxunma sayı: 4620

Türkiyənin Giresun vilayətində yağan güclü yağışlar daşqınlara səbəb olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb, Giresun-Dərəli-Sivas yolu isə bağlanıb. Giresun valisi Ənvər Ünlü 6 vətəndaşın itkin düşdüyünü bildirib. Daxili İşlər Naziri Süleyman Soylu təbii fəlakətdən sonra keçirdiyi təcili toplantıda ümumilikdə 5-i xilasedici olmaqla 12 nəfərin seldə itkin düşdüyü barədə məlumat verib. Su altında qalan yaşayış evlərinin sakinləri təxliyyə olunub. Soylunun sözlərinə görə, Dərəli rayonunda suyun səviyyəi 2 metri ötüb.

İtkin düşənlərin axtarışları davam etdirilir.

***

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində qurbanların sayı 5 nəfərə çatıb.

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, həyatını itirənlərdən biri polisdir.