Türkiyədə sel səbəbiylə axtarış-xilasetmə işləri davam edir

turkiyede-sel-sebebiyle-axtaris-xilasetme-isleri-davam-edir
Oxunma sayı: 1039

“Türkiyədəki sel səbəbiylə axtarış-xilasetmə işləri davam edir”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Süleyman Soylu məlumat verib.

O bildirib ki, Şanlıurfada 14, Adıyamanda 2 nəfərin həyatını itirdiyi fəlakətdən sonra 500 nəfərlik bir qrupla axtarış-xilasetmə işləri davam edir.

Soylu qeyd edib ki, Şanlıurfada sel səbəbiylə indiyədək 2 minə yaxın ev və iş yeri zərər görüb.