Türkiyədə bir qrup jurnalist saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, “Hürriyət”in yaydığı məlumata görə, FETÖ təşkilatının üzvü olduğu aşkar edilən bir qrup vəzifəli şəxs ölkədən qaçmağa cəhd edib. Bu səbəbdən sərhəd qapılarında nəzarət gücləndirilib.
Bildirilir ki, “Zaman” qəzetinin uzun illər Ankara nümayəndəliyini edən Mustafa Ünal, Əbdülhəmid Bilici, Nuh Könültaş, Fərrux Mərcan, İbrahim Qarayeğən, Əli Ünal və Məhməd Qamış ölkədən çıxmağa cəhd ediblər. Sərhəd xidməti bunun qarşısını almaq məqsədilə hərəkətə keçib.
Son xəbərlər
Son Xəbərlər