Türkiyədə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

turkiyede-sernisin-avtobusu-asdi
Oxunma sayı: 1466

Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusunun aşması ölümlə nəticələnib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, sərnişin avtobusu Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi ərazisində idarəetmədən çıxaraq xəndəyə aşıb.

Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupu göndərilib.