- Film necə ərsəyə gəldi? Film haqqında təəssüratlarınız necə oldu?
- Filmin çəkilişlərinə yayda başladıq. Avqust ayından başlayaraq 6 həftə çalışdıq. Musiqi üzərində çox çalışdım, mənim üçün musiqi vacibdir. Nümayiş olunmasına 3 gün qalmış hazırlıqlar bitdi.
- Filmdə hind filmlərinə bənzərlik var. Bu haqda nə deyə bilərsiniz?
- “Kui” hind filmi var. Onun soundtrakını istifadə etdik. Şükrü Özyıldız hind oğlanlarına bənzəyir, ona görə də “Sevimli təhlükəli”ni hind filmlərinə bənzətmisiniz.

- Özcan Dəniz “Oskar” mükafatına layiq görüləcək film çəkə biləcəyinizi düşünürsünüzmü?
- İnşallah, elə bir film çəkə bilərəm. “Oskar” o qədər mənə uzaqdır ki, xəyal kimi gəlir. “ “Oskar”ı alacam” cümləsi çox böyükdür. “Birdman”i çəkən insan da “Oskar” almaq üçün çəkməyib.
- Elnur Hüseynov “O səs Türkiyə”də qalib gəldi. Bu isə Türkiyədə birmənalı qarşılanmadı.
- Biz qürur hissi keçirdik. Elnur böyük səsə malikdir. Türkiyədə son 10 ildə Elnur kimi səs, solist yetişməyib. Əvvəl Azərbaycanı “Eurovizion”da təmsil edib. İcazə verin ki, bu il biz Elnuru “Eurovision”a göndərək.
- Aktyorlar haqda nələr deyə bilirsiniz. Onlarla işləmək sizin üçün çətin olmadı ki?
- Ortağım Şükrü bəydən öncə filmə bir çox aktyor dəvət edilib. Rejissor mən olduğum üçün Şükrünün filmdə rol almasını istədim. Akrtisa Ayça Ayşin Turanın isə gözləri diqqətimi çəkdi.

- Azərbaycandan ssenari alsanız, film çəkərsinizmi?
-İki ildir bu haqda danışırıq. Azərbaycanda film çəkmək arzumdur. Bu layihədir. Tez bir zamanda həyata keçməyi mümükün deyil.
- “Sevimli Təhlükəli”nin ikinci bölümünü çəkəcəyinizi və orada rol alacağınızı demisiniz. İkinci bölümdə hansı obrazı canlandıracaqsınız?
- Şükrünün atası rolunu canlandırmaq istəyirəm.
Könül
Son xəbərlər
Son Xəbərlər