Türkiyədə son 20 gündə ilk - Yoluxanların sayı azaldı

turkiyede-son-20-gunde-ilk
Oxunma sayı: 3486

Türkiyədə son sutka ərzində 99 nəfər koronavirus qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 2805 olub. 2357 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. Bu isə son 20 gündə ən az yoluxma faktıdır. 

Ölkədə koronavirus xəstələrinin ümumi sayı 110 min 130-dur.

Bu gün 3558 nəfər isə sağalıb. Bu da yoluxanların sayını növbəti dəfə üstələyib.