Türkiyədə son sutkada 5000-dən çox virusa yoluxma halı qeydə alındı

turkiyede-son-sutkada-5000-den-cox-virusa-yoluxma-hali-qeyde-alindi
Oxunma sayı: 2954

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 5 138 nəfər artaraq 52 167-yə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, indiyədək 1 101 ölüm (son 24 saatda 95), 2 965 sağalma halı (542) qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1,5 milyon yoluxma halı, 92,7 mindən çox ölüm halı təsdiqlənib.