Türkiyədə son sutkada yoluxanların sayı 11 mini ötdü

turkiyede-son-sutkada-yoluxanlarin-sayi-11-mini-otdu
Oxunma sayı: 1565

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 60 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 219 min 528 COVID-19 testi aparılıb ki, bunun da 11 min 094-ü müsbət çıxıb. Eyni zamanda, 5 min 215 xəstə sağalıb.