Türkiyədə su maşını yaşayış evinin üstünə aşdı, ölənlər var - Video

turkiyede-su-masini-yasayis-evinin-ustune-asdi-olenler-var
Oxunma sayı: 1230

Türkiyənin Kayseri şəhərinin Hacılar qəsəbəsində kanal açan su maşını yaşayış evinin üstünə aşıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. İnsidentə maşının əyləc sisteminin xarab olması səbəb olub. Hadisə yerinə xeyli sayda təcili yardım, yanğınsöndürən maşınları və xilasedicilər göndərilib. Dağıntılar arasında insanların qalacağı istisna edilmir.

Qeyd edək ki, ölənlərdən 3-ü maşında olanlar, 1-i isə ev sakinidir.