Türkiyədə tarixi əsər əməliyyatı - 125 sikkə ələ keçirildi

turkiyede-tarixi-eser-emeliyyati
Oxunma sayı: 2006

Türkiyənin Bilecik vilayətinin Söğüt rayonunda evində tarixi əsər hesab edilən əşyalar və qazıntı materialları ələ keçirilən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, onun evində axtarış zamanı müxtəlif dönəmlərə aid olduğu müəyyənləşdirilən 125 sikkə, 15 müxtəlif əşya, bir küp, bir dedektor, iki ov tüfəngi və bir boş tapança ələ keçirilib.

Şübhəli şəxs tutulub.