Türkiyədə tarixi görüş - Bu dəfə CHP-də

turkiyede-tarixi-gorus
Oxunma sayı: 2476

Türkiyənin Baş naziri Binəli Yıldırım CHP başqanı Kemal Kılıçdaroğlu ilə görüşəcək.

"Qafqazinfo" Anadolu Agentliyinə istinadən xəbər verir ki, B. Yıldırım saat 14:00-da CHP-nin qərargahına gedəcək.

Görüş zamanı hansı  məsələlərin müzakirə ediləcəyi isə açıqlanmayıb.

***

Türkiyədə tarixi görüş saat 14:08-də başlayıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Baş naziri Binəli Yıldırım hazırda müxalif CHP partiyasının lideri Kamal Kılıçdaroğlu ilə görüşür. İclas CHP mərkəzində keçirilir.

Qeyd edək ki, Binəli Yıldırım Baş nazir olduqdan sonra ilk dəfədir ki, CHP-nin baş qərargahını ziyarət edir.

Aysel Kərimova