4-5 fevral tarixlərində Türkiyənin Van bölgəsinin Bahçesaray rayonunda iki dəfə baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı artıb.
“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, uçqun altında qalan daha 3 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 41 nəfərə yüksəlib.
Məlumata görə, təbii fəlakət nəticəsində yaralanan 81 nəfərdən bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər